İsveçrəli velosipedçi Cino Meder "Tour of Switzerland"ın beşinci mərhələsində yıxılaraq dünyasını dəyişib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, iyunun 15-də idmançı yüksək sürətlə dərəyə yıxılaraq xəstəxanaya yerləşdirilib.
“Xəstəxana işçilərinin bütün səylərinə baxmayaraq, Cino bu son və ən böyük sınağın öhdəsindən gələ bilmədi. Komandamızın parlayan ulduzlarından biri ilə vidalaşdıq”, - Mederin komandası “Bahrain Victorious”un mətbuat xidməti belə açıqlama verib.
“Tour of Switzerland” yarışının altıncı mərhələsi ləğv edilib və mərhumun xatirəsinə birgə 30 kilometr məsafəyə velosipedçilərin yarışı ilə əvəz olunacaq.