UEFA "Qarabağ" klubunu 45 750 avro (təxminən 84 532 manat) cərimələyib.
Lent.az APA-ya istinadla xəbər verir ki, qurum Bakıda Portuqaliyanın "Braqa" və Almaniyanın "Bayer" komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.
"Köhlən atlar" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8 000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22 500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5 000, komandanın düzgün olmayan davranışına görə 7 500 avro ödəyəcək.
Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. "Qarabağ" bu səbəbdən 2 750 avro ziyana düşüb.