UEFA "Barselona"nı çempionlar liqasından çıxarmaq istəyir
30 iyun 2023 09:40 (UTC +04:00)

UEFA "Barselona"nı çempionlar liqasından çıxarmaq istəyir

0

“Barselona” futbol klubunun rəhbəri Joan Laporta bildirib ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) kataloniyalıların sabiq vitse-prezidentə pul ödəməsindən istifadə edərək, komandanı Çempionlar Liqasından qovmaq istəyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, klub rəhbəri sözlərinə belə davam edib:

“Mən UEFA prezidenti Çeferinlə görüşdüm. Neqreyra məsələsindən istifadə edib bizi Çempionlar Liqasından qovmaq istəyirdilər. Amma məhkəmə qərarından əvvəl bizə qarşı sanksiyalar tətbiq oluna bilməz.

Çempionlar Liqası üçün müraciət etmişik və hələ ki, qarşımızda qapıların bağlanması ilə bağlı heç bir xəbər yoxdur. Maraqlarımızı qorumaq üçün müraciət etmək imkanımız olacaq”.

UEFA mart ayında klubla bağlı araşdırmaya başlayıb və İspaniya məhkəməsi mavi qranatlarla əlaqədar prokurorun şikayətini qəbul edib. Şikayətdə Kataloniya klubunun 2001-2018-ci illər arasında Neqreyraya 7 milyon avrodan çox pul ödədiyi iddia edilir.

Enrikes Neqreyra özü iddia edir ki, o, yalnız hakimlərin qərarları ilə bağlı “Barselona”ya məsləhət verib – kataloniyalılar hakimlərin ona qarşı qərəzli olmadığına əmin olmaq istəyirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3361

Oxşar yazılar