Türkiyənin qadın voleybol komandası Avropa Çempionu oldu - İLK DƏFƏ
04 sentyabr 2023 00:57 (UTC +04:00)

Türkiyənin qadın voleybol komandası Avropa Çempionu oldu - İLK DƏFƏ

0

Türkiyə qadın voleybol milli komandası ilk dəfə Avropa Çempionu olub.

Lent.az  xəbər verir ki, final oyununda Serbiya ilə qarşılaşan Türkiyə ümumi hesabda 3-2 qazanaraq tarixində ilk dəfə Avropa Çempionu tituluna sahib çıxıb.

Türkiyə qadın voleybol milli komandası bundan öncə iki dəfə də final oynasa da, 2003-cü ildə Polşaya, 2019-cü ildə isə Serbiyaya finalda məğlub olub.

Həmçinin Millətlər Liqası kubokunu da qazanan Türkiyə hazırkı xal sıralamasına görə, dünyada birinci olaraq qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3638

Oxşar yazılar