Türkiyə Super Liqasında zəlzələyə görə təxirə salınan oyunların keçiriləcəyi tarix məlum oldu
17 fevral 2023 20:08 (UTC +04:00)

Türkiyə Super Liqasında zəlzələyə görə təxirə salınan oyunların keçiriləcəyi tarix məlum oldu

0

Türkiyə Super Liqasında zəlzələyə görə XXIII turdan təxirə salınan oyunların tarixi açıqlanıb.

Lentz Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, "Giresunspor" - "Kayserispor" və "Fənərbağça" - "Konyaspor" matçları fevralın 25-də, "Ümraniyespor" - "Adana Demirspor" görüşü isə bundan bir gün sonra keçiriləcək.

Bundan başqa, İstanbuldakı terror səbəbindən baş tutmayan XIV turun "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-da oynanılacaq.

Qeyd edək ki, zəlzələ səbəbindən “Hatayspor” və “Qaziantep” klubları Super Liqada çıxışını dayandırmağa qərar verib. TFF hər iki klubun gələn ildən Super Liqada iştirak edəcəklərini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2056

Oxşar yazılar