“Roma”nın əfsanəvi futbolçusu Françesko Tottinin kluba baş məşqçi kimi qayıdacağı barədə şayiələr yayılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu özü həmin məlumatlara münasibət bildirib:
“Mourinyo mənim “Roma”da olmağımı istəyir? Məncə, bəli. Dedi ki, gözləyək görək. “Roma” üçün darıxıram”.
Qeyd edək ki, Totti bütün futbolçu karyerasını “Roma”da keçirib. O, 1993-cü ildən komandada çıxış edib. İştirak etdiyi 785 oyunda 307 qol vurub və 209 məhsuldar ötürmə edib. Karyerasını bitirdikdən sonra bir il klub strukturunda çalışıb və 2018-ci ildə “Roma”dan ayrılıb.