Tezliklə  istefaya   göndərilə bilər
11 sentyabr 2023 18:37 (UTC +04:00)

Tezliklə istefaya göndərilə bilər

0

Polşa millisinin baş məşqçisi Fernando Santuş tezliklə istefaya göndərilə bilər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə jurnalist Pedro Almeyda sosial şəbəkələrdə məlumat verib.

Sentyabrın 10-da onun yetirmələri 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Albaniya millisinə (0:2) məğlub olublar.

Santuş bu ilin yanvarında Polşa millisini çalışdırmağa başlayıb. Onun rəhbərlik etdiyi yığma altı oyun keçirib, üç dəfə qalib gəlib, üç dəfə məğlub olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2679

Oxşar yazılar