Türkiyə milli komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ölkənin Futbol Federasiyası baş məşqçi Stefan Kuntsla yollarını ayırdıqlarını rəsmən açıqlayıb.
Türkiyə Futbol Federasiyası sonuncu dəfə "Adana Dəmirspor"da çalışmış italiyalı məşqçi Vinçenzo Montella ilə 2026-cı ilə qədər anlaşıb.
Vinçenzo Montellanın İstanbulda olduğu və Türkiyə Futbol Federasiyası ilə danışıqlar aparacağı bildirilib.
***
15:42
Milli komandadan uzaqlaşdırılacağı gözlənilən baş məşqçi Stefan Kunts Türkiyə Futbol Federasiyasının Rivadakı ofisini tərk edib.
Lent.az-ın Türkiyə mediasına istrtinadən xəbərinə görə, alman məşqçi Kuntz federasiyanın Rivadakı ofisində idarə heyəti ilə görüşüb.
Toplantıdan sonra Kuntz, İdarə Heyətinin üzvü Hamit Altıntop və idarəçilərlə vidalaşaraq, onu gözləyən maşın ilə oranı tərk edib.
Türkiyə Futbol Federasiyasının bu gün edəcəyi açıqlama ilə Kuntz ilə yollarını ayırması gözlənilir.