Səudiyyə Ərəbistanına getməyəcək,  məqsədini   AÇIQLADI
12 sentyabr 2023 18:28 (UTC +04:00)

Səudiyyə Ərəbistanına getməyəcək, məqsədini AÇIQLADI

0

"Atletiko"nun və Fransa millisinin hücumçusu Antuan Qrizmann Səudiyyə Ərəbistanı klublarına keçən futbolçularla bağlı fikirlərini bölüşüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Qrizmann gələcəkdə ABŞ və Kanadanın Böyük Futbol Liqasında (MLS) oynamaq istədiyini bildirib.

“Ora oynamaq üçün gələnləri başa düşürəm. Söhbət inanılmaz pullardan gedir. Çox pul qazansaq da, bəziləri öz övladlarını, nəvələrini qorumaq istəyir və bu, mənə normal görünür. Onlar yaxşı oynamalı, bütün istedadlarını ortaya qoymalıdırlar.

Mən ora gedə bilərəm? Ailəm və üç övladım var. Bu asan qərar deyil. Amma bildiyiniz kimi, MLS mənim məqsədim olaraq qalır”, - 32 yaşlı futbolçu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2843

Oxşar yazılar