Səudiyyə Ərəbistanına  getməyəcək
07 sentyabr 2023 17:16 (UTC +04:00)

Səudiyyə Ərəbistanına getməyəcək

0

Məhəmməd Salah Səudiyyə Ərəbistanına getməyəcək. 

Lent.az bildirir ki, “Foot Mercato”nun məlumatına görə, misirli hücumçu “Liverpul”un oyunçusu olaraq qalır və tezliklə komandadan ayrılmayacaq.

 Xatırladaq ki, bundan əvvəl hücumçunu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun heyətində görmək istədiyi barədə məlumat yayılmışdı. Əvvəlcə klub "Liverpul"a 100 milyon avro, futbolçunun özünə isə ildə 500-600 milyon dollar qazanmaq imkanı ilə 3 illik müqavilə təklif edib.

Bundan sonra “Daily Mail” qəzeti “Əl-İttihad”ın Salahı dünyanın ən bahalı futbolçusuna çevirməyə hazır olduğunu yazıb. Futbolçu üçün İngiltərə klubuna 200 milyon funt-sterlinq təklif olunub. Lakin mersisaydlılar onu satmaqdan imtina ediblər. Səudiyyə Ərəbistanında transfer pəncərəsi bu gün, sentyabrın 7-də bağlanır.

Xatırladaq ki, Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Misirli ötən yay klubla yeni üç illik müqavilə imzalayıb və bu, həftəlik 350 min funt-sterlinq maaşla komandanın tarixində ən çox maaş alan oyunçu olub.

“Əl-İttihad” Səudiyyə Ərəbistanının hazırkı çempionudur, klub bu yay Fabinyo, Kərim Benzema, N'Qolo Kante, Jota kimi ulduzları transfer edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2229

Oxşar yazılar