Şahidlər "İnter"in və Çili millisinin yarımmüdafiəçisi Arturo Vidalın sərxoş halda öz “Ferrari”sinə minə bilmədiyi anın videosunu çəkiblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, iddialara görə çilili güclü sərxoşluq vəziyyətində olub və özünü pis aparıb.
Əvvəlcə Vidal park edilmiş motosikletə oturub, sonra maşınının baqajına girib, sonra az qala asfaltın üzərinə düşsün.
Yoldan keçən Vidalın sərnişin oturacağına əyləşməsinə kömək etməyə çalışır. Futbolçu yerindən tərpənir və bir müddət sonra kresloya oturur.
Vidal “İnter”də 2020-ci ildən çıxış edir. Çilili futbolçu bu mövsümdə İtaliya çempionatında 4 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.