"Seltik" keçmiş  baş məşqçisini   qaytardı
19 iyun 2023 18:06 (UTC +04:00)

"Seltik" keçmiş baş məşqçisini qaytardı

0

"Lester"in keçmiş baş məşqçisi Brendan Rocers "Seltik"in baş məşqçisi vəzifəsinə gətirilib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şimali irlandiyalı mütəxəssisin Qlazqo klubu ilə 3 illik müqavilə imzaladığı bildirilir. 50 yaşlı menecer Anqelos Postekoğlunun "Tottenhem"ə başçılıq etməsindən sonra vakant vəzifəyə gəlib.

Xatırladaq ki, Rocers bundan əvvəl üç il (2016-2019) “Seltik”i çalışdırıb və ardıcıl üç mövsüm komanda ilə Şotlandiya çempionu olub. O, bu mövsüm aprel ayında "Lester"in baş məşqçisi vəzifəsindən istefa verib və o vaxtdan bəri işsiz qalıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1530

Oxşar yazılar