“Sabah” Türkiyədə beynəlxalq turnirin qalibi oldu
19 iyun 2023 22:35 (UTC +04:00)

“Sabah” Türkiyədə beynəlxalq turnirin qalibi oldu

0

Bakının “Sabah” klubunun 12 yaşadək futbolçulardan ibarət komandası Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” beynəlxalq turnirinin qalibi olub.

Lent.az kluba istinadla xəbər verir ki, qrup və dörddəbir final mərhələsini uğurla başa vuran baş məşqçi Nasir Nəsirlinin yetirmələri yarımfinalda “Samsunspor”a 3:2, finalda isə “Altınordu”ya 1:0 hesabı ilə qalib gəliblər.

“Sabah”ın U-12 komandasının heyətində yarımfinalda dublla yadda qalan Abbas Məmmədli həlledici qarşılaşmada da yeganə qolun müəllifi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2182

Oxşar yazılar