Rusiya və Belarus beynəlxalq çempionatdan xaric edildi
23 mart 2022 20:35 (UTC +04:00)

 Rusiya və Belarus beynəlxalq çempionatdan xaric edildi

0

Beynəlxalq Üzgüçülük Federasiyası Rusiya və Belarusla bağlı qərarına dəyişiklik edib.

Lent.az-ın “Liberation”a istinadla xəbərinə görə, hər 2 ölkənin idmançılarının iyunda Budapeştdə keçiriləcək beynəlxalq çempionatda iştirakı qadağan edilib.

Bir müddət əvvəl Federasiya hər 2 ölkənin idmançılarının çempionatda (18 iyun – 3 iyul) neytral statusda iştirak edə biləcəyini elan etmişdi. Bu gün isə qərar dəyişilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1358

Oxşar yazılar