Rusiya komandaları  avrokuboklara   qayıda bilər
22 iyun 2023 14:10 (UTC +04:00)

Rusiya komandaları avrokuboklara qayıda bilər

0

UEFA prezidentinin milli assosiasiyalar üzrə müşaviri Yozef Klement əmin olduğunu bildirib ki, Rusiya komandaları tezliklə Avropa turnirlərində iştirakçıların sırasına qayıda biləcəklər.

“İnanırıq ki, tezliklə Rusiya milli komandaları və klubları oyunlardan sonra dost olaraq yenidən beynəlxalq arenada oynaya biləcəklər. UEFA heç vaxt Rusiya Futbol İttifaqı ilə əməkdaşlığını kəsməyib. Futbol körpülər qurmalıdır", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müşavir deyib.

Xatırladaq ki, yerli klublar və milli komandalar UEFA və FİFA-nın sanksiyalarına məruz qalaraq ardıcıl ikinci Avropa mövsümünü buraxırlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2104

Oxşar yazılar