Sami Xedira, Kriştianu Ronaldo
10 sentyabr 2021 14:31 (UTC +04:00)

Sami Xedira, Kriştianu Ronaldo

Ronaldonun zəif cəhəti AÇIQLANDI

0

“Yuventus”un sabiq futbolçusu Sami Xedira Turin klubunun hazırkı durumuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi keçmiş komanda yoldaşı Kriştianu Ronaldonun Turin klubundan ayrılmasını dəyərləndirib.

Almaniya millisinin sabiq üzvü bu gedişin “qoca sinyora”nı zəiflətməyəcəyini düşünür: “Alleqri güclü məşqçidir, mütləq komandanın etibarını və əvvəlki uğurunu qaytaracaq. Ronaldonun gedişinin hər hansı bir təsirinin olacağına inanmıram. Kriştianu ən yaxşıdır, ancaq müdafiədə zəifdir”.

Qeyd edək ki, son iş yeri “Herta” olan Sami Xedira hazırda klubsuzdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2238

Oxşar yazılar