Ronaldo üçün Argentina variantı
29 iyul 2022 22:34 (UTC +04:00)

Ronaldo üçün Argentina variantı

0

Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun gələcək karyerası ilə bağlı daha bir variant üzə çıxıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Argentinanın “River Playet” klubunun azarkeşləri rəhbərlikdən hücumçunu almağı xahiş edib.

Fanatlar bununla bağlı çağırış edərək xüsusi “#CR7aRive” haşteqini də yayıb. Ronaldonun fotolarını paylaşan azarkeşlər forvardın bu yay Argentinaya köçməsini istəyir.

Qeyd edək ki, Ronaldo “Mançester Yunayted” Çempionlar Liqasına çıxa bilmədiyi üçün komandadan getməyə qərar verib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2345

Oxşar yazılar