Kriştiano Ronaldo
28 sentyabr 2021 10:18 (UTC +04:00)

Kriştiano Ronaldo

Ronaldo “Mançester Yunayted”in məşqçisi olmaq istəyir

0

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo oyunçu karyerasının başa vurandan sonra klubda qalmaq istəyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, 36 yaşlı portuqaliyalı “qırmızı şeytanlar”ın məşqçi olmaq niyyətindədir.

Eyni zamanda, Ronaldo hələ də butslarını asmağa hazırlaşmır, amma gələcəkdə “Mançester Yunayted”in gənclərdən ibarət komandasının məşqçisi olmaq istəyir.

Bu yolla, hazırda 11 yaşında olan oğlu Kriştianonun inkişafını izləyə biləcək. O, artıq klubda məşqlərə başlayıb.

Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1556

Oxşar yazılar