Ronaldo daha bir mükafata NAMİZƏD OLDU
04 sentyabr 2023 09:57 (UTC +04:00)

Ronaldo daha bir mükafata NAMİZƏD OLDU

0

Kriştiano Ronaldo daha bir mükafata sahib ola bilər.

Apasport.az saytı xəbər verir ki, "Əl Nəsr"in kapitanı Qərbi Asiyada avqustun oyunçusu mükafatına namizəd olub.

38 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Premyer Liqasında 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Forvard III turda “Əl-Fateh”lə (5:0) matçda het-trik, IV turda “Əl-Şəbab”la qarşılaşmada (4:0) isə dubl edib.

Qeyd edək ki, Ronaldo daha öncə Səudiyyə Ərəbistanında avqustun ən yaxşı oyunçusu seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2135

Oxşar yazılar