Futbol agenti Dmitri Selyuk “Qızıl top”un favoritlərinin adını çəkib və Kriştiano Ronaldonun mükafata vəsiqə qazana bilməyəcəyini bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, agent mükafat üçün əsas namizədlərin Messi və Haaland olduğunu deyib:
“Üstəlik Mbappeni də əlavə edərdim, amma yenə də ilk ikisi mükafat uğrunda mübarizə aparacaq. Düşünürdüm ki, Messi artıq Qızıl top qazanmayacaq. Lakin Dünya Kubokunda qazandığı qələbə sayəsində argentinalı namizədlərdən biri oldu.
Haaland Çempionlar Liqasını qazandı və ən çox qolu vurdu. Messi böyük ehtimalla Qızıl topu alacaq. Dünya çempionatında qalib gəlmək çox dəyərlidir.
Ronaldo yarışı tərk edib. Onun Səudiyyə Ərəbistanına keçidi futboldan çox pulla bağlıdır. Buna görə də, az adam portuqaliyalıya səs verəcək. O, indi çoxlu pul qazansa da, artıq təqaüdə göndərilib”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo 19 ildə ilk dəfə olaraq “Qızıl top”a iddialılar siyahısına daxil edilməyib.