Ronaldo 2026-cı il dünya çempionatında oynayacaq?
06 sentyabr 2023 22:22 (UTC +04:00)

Ronaldo 2026-cı il dünya çempionatında oynayacaq?

0

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştianu Ronaldo 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

Lent.az xəbər verir ki, bu barədə "Cabine Desportiva" məlumat yayıb.

O bu barədə hələ bir şey deyə bilməyəcəyini bildirib.

“Son iki il ərzində mən fərqli düşünməyə başladım. Bu günü yaşamalı olduğumuzu düşündürdü. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm”, - Ronaldo bildirib.

Avqustun 29-da Ronaldo milli liqalarda qolların sayına görə daha bir dünya rekorda imza atıb. O, Səudiyyə Ərəbistanı çempionatında "Əl-Şəbab"a qarşı matçda iki dəfə fərqlənərək milli liqalarda 516 və 517-ci qolları vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4547

Oxşar yazılar