Portuqaliya millisinin heyətində növbəti oyun ərəfəsində Kriştiano Ronaldo millidəki uğurları ilə bağlı təəssüratlarını bölüşüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu rekordları qırmağı hədəfləmədiyini, özü isə Portuqaliya yığması ilə daha da böyük nailiyyətlər əldə etmək istədiyini bildirib.
“Mən bilirəm ki, milli komandada qol və oyunların rekordları mənə məxsusdur.
Bilirəm ki, ən çox məndədir, amma rekordlar arxasınca getmirəm. Rekordlar məni təqib edir. Xoşbəxtəm, çünki bu, ən yüksək səviyyədə oynamaq üçün motivasiyadır. Mən hələ də çoxlu rekordlara imza atmışam və Portuqaliya ilə tarix yazmaq arzusundayam. Ümid edirəm ki, daha bir neçə titul qazana bilərik”, - Ronaldo vurğulayıb.
Ronaldo Portuqaliya millisində 199 oyun keçirib. Bu, milli komandaların tarixində ən yaxşı nəticədir. Hücumçu 122 qolla da rekorda imza atıb.
yunun 20-də hücumçu nəticəni yaxşılaşdıra biləcək, çünki Portuqaliya İslandiya ilə Avropa çempionatının seçmə mərhələsində oynayacaq.