"Real"ın prezidenti Florentino Peres hücumçu Xoselunun cari transfer pəncərəsində sonuncu transfer olacağını deyib.
Lent.az bildirir ki, daha əvvəl mətbuatda "Real"ın Xoselunun icarəsi ilə bağlı İspaniyanın "Espanyol" klubu ilə anlaşdığı haqda xəbərlər yayılmışdı. 33 yaşlı forvardla müqaviləyə satın alma variantı daxil olacaq.
“Xoselu gələn həftə gələcək. Daha çox transfer olacaqmı? Xeyr”, – Peres bildirib.
Xoselu 2022-ci ildə "Alaves"dən "Espanyol"a keçib. Hücumçu ötən mövsüm 38 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. 2023-cü ilin mart ayında o, İspaniya millisində debüt edib, onun üç oyun keçirib və üç qol vurub.