“Real”ın ehtiyat komandasının oyunçuları ilə cinsi əlaqə videosunun yayılması ilə bağlı aparılan araşdırmada ikinci qurban üzə çıxıb.
Lent.az bildirir ki, bu barədə polisdəki mənbələrə istinadən “El Mundo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, müxtəlif zərərçəkənlərlə bağlı iki iş açılıb. Qeyd olunur ki, məhkəmə oyunçuların telefonlarındakı yazışmaların məzmununu öyrənməyə icazə verib.
Sentyabrın 14-də “Reuters” xəbər verib ki, madridli futbolçular yetkinlik yaşına çatmayan uşağın iştirak etdiyi seksual xarakterli videonu yaymaqda şübhəli bilinirlər. İlkin məlumatlara görə, oyunçular videonu qızın razılığı olmadan sosial şəbəkələr vasitəsilə göndəriblər.