“Real”dan başqa heç kim bunu edə bilməz” -  Qvardiola
22 fevral 2023 19:28 (UTC +04:00)

“Real”dan başqa heç kim bunu edə bilməz” - Qvardiola

0

Pep Qvardiola Çempionlar Liqasını qazanmaq uğrunda mübarizədən danışıb.

“Mən burada olmaqdan xoşbəxtəm. Bura gələndə heç düşünmədim ki, hər şeyi qazanmalıyıq. Ya da üç-dörd dəfə Çempionlar Liqasını qazanmalıyam. “Real”dan başqa heç kim bunu edə bilməz”, - Lent.az xarici mediaya istinadla bildirir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib. 

Onun sözlərinə görə, son iki mövsümdür Çempionlar Liqasını qazanmağa çox yaxın olublar: “Yaxşı oyunlar keçirdik. Və bunu yenidən etməyə çalışırıq”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2250

Oxşar yazılar