Martin Edeqor
20 avqust 2021 11:37 (UTC +04:00)

Martin Edeqor

"Real"dan “Arsenal”a keçdi

0

İspaniyanın “Real” klubunun futbolçusu Martin Edeqor “Arsenal”a keçib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İngiltərə təmsilçisi ilə müqavilə imzalayıb.

Anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 22 yaşlı futbolçu yeni klubunda 8 nömrəli formanı daşıyacaq. Onun keçidi 35 milyon avroya gerçəkləşib.

Qeyd edək ki, Edeqor ötən mövsümün yarısını icarə əsasında “Arsenal”da keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2299

Oxşar yazılar