"Real" yarımmüdafiəçisi Toni Kroosla müqaviləni rəsmən uzadıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə "Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı futbolçu “Real” ilə 1 illik yeni əmək müqaviləsi bağlayıb. Almaniyalının keçmiş müqaviləsi bu ayın sonunda başa çatır.
Kroos 2014-cü ildən "Real"da çıxış edir. 2022/2023 mövsümündə o, Karlo Ançelottinin komandasında 52 oyun keçirib, iki qol vurub və altı məhsuldar ötürmə edib. Madrid düşərgəsində dörd dəfə Çempionlar Liqasının, üç dəfə İspaniya çempionu olub.