Kilian Mbappe bu yay PSJ-dən “Real”a keçə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Mbappenin anası aylardır PSJ ilə gizli danışıqlar aparırdı və indi Qətər əmiri ilə danışır ki, transferi tez bir zamanda bağlasın.
PSJ forvard üçün 250+50 milyon avro istəyir. “Real” maksimum 200+20 milyon avro təklif edəcək. Futbolçunun qiymətləndirilməsində ciddi fərqlərə baxmayaraq, danışıqlar davam edir.
Əvvəlcə Madrid klubu Mbappe üçün 150 milyon avro təklif edib, lakin danışıqlar zamanı PSJ-nin tələblərinə görə təklif dörd il ərzində tranşlarla ödəniləcək 200+20 milyon avroya çatıb.
PSJ 280 milyon avro borcunu ödəmək üçün 250+50 milyon avro istəyir.