"Real Madrid" Mbappeni fantastik qiymətə  alır
03 mart 2023 10:52 (UTC +04:00)

"Real Madrid" Mbappeni fantastik qiymətə alır

0

“Real Madrid” bu yay hücumçu Kilian Mbappe üçün PSJ-yə 220 milyon avro təklif edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun artıq Kral Klubu ilə müqavilə bağladığı qeyd olunur. Məlumata görə, lakin parislilər ulduz futbolçularının Fransa çempionatında qalmağa qərar verdiyini bildiriblər.

24 yaşlı Mbappe bu mövsüm PSJ-nin heyətində 29 oyuna çıxıb. 29 qol vurub və 7 məhsuldar ötürmə edib. Hücumçunun parislilərlə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir və Mbappenin müqaviləni daha bir mövsüm uzatmaq imkanı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2373

Oxşar yazılar