Hücumçu Marko Asensio “Real Madrid”dən ayrılıb.
Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
“Real Madrid” yeddi mövsümdür komandamızın rəngini qoruyan futbolçu Marko Asensioya öz təşəkkürünü bildirir. O, cəmi 20 yaşında kluba gəlib və komandanın ən uğurlu dönəmlərindən birində üçün tarix yazmağı bacarıb.
“Biz Madrid oyunçuları bütün bu müddət ərzində onun oyununu və davranışını heç vaxt unutmayacağıq. Real Madrid həmişə onun evi olub və olacaq. Klub ona və ailəsinə yeni mərhələdə uğurlar arzulayır”, deyə rəsmi saytda yer alan məlumatda bildirilir.
27 yaşlı Asensio 2016-cı ildən “Real Madrid”də çıxış edir. Hücumçu ilə birgə kral klubu 17 kubok qazanıb, üç dəfə İspaniya çempionu olub və eyni sayda Çempionlar Liqasının qalibi olub.
