"Real" çox güclü hücumçu  alır - SONUCU TƏKLİF
17 iyun 2023 10:00 (UTC +04:00)

"Real" çox güclü hücumçu alır - SONUCU TƏKLİF

0

“Real Madrid” “Tottenhem”in hücumçusu Harri Keyn üçün son təklif hazırlayır.

Lent.az xarici mediaya istinadla bildirir ki, Madrid klubu hücumçu üçün 100 milyon avrodan çox xərcləməməyi planlaşdırır. Əgər bu məbləğ “Tottenhem”i qane etməsə, Madrid klubu transferdən imtina edəcək.

Xatırladaq ki, bu yaxınlarda “Real” fransalı hücumçu Kərim Benzemadan ayrıldığı üçün klub yeni hücumçu axtarışındadır.

2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə, futbolçunun təxmini dəyəri 90 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5574

Oxşar yazılar