“Napoli”nin hücumçusu Viktor Osimhen bu qış İspaniya çempionatına keçə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu ilə “Real Madrid” maraqlanır. Klub prezidenti Florentino Peres şəxsən 24 yaşlı forvardı komandada görmək istəyir. “Napoli” futbolçunu nə az, nə çox, 100 milyon avroya buraxacaq.
A Seriyasının cari mövsümündə futbolçu üç oyunda üç qol vurub.