"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 9 ildən sonra məşqçilikdən getməyə hazırlaşır.
Lent.az bildirir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 52 yaşlı mütəxəssis 2024/2025-ci il mövsümünün sonunda başa çatacaq “şəhərlilər”lə müqaviləsini də işləyib, daha sonra İngiltərə klubundan ayrılmağı planlaşdırır. Bildirilir ki, ispan çalışdırıcı karyerasını milli komanda səviyyəsində davam etdirə, ya da A seriyasına keçə bilər.
Xatırladaq ki, ötən mövsüm Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" trebl əldə edib. “Səma maviləri” İngiltərə çempionu olub, ölkə kubokunu qazanıb və Çempionlar Liqası-2022/2023-ün sahibi olub.