Qurban Qurbanov
28 iyul 2022 00:23 (UTC +04:00)

Qurban Qurbanov

Qurban Qurbanov: “Bu gün “Qarabağ”a layiq insanlar gördük”

0

“Oyundan və futbolçularımdan çox danışmaq olar. Sadəcə onları bağrıma basıram, hər birini təbrik edirəm”.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə keçirilən cavab oyunu barədə danışarkən deyib.

Bakıda 3:2 hesablı qələbədən sonra İsveçrədə rəqibi ilə qollu heç-heçə edən (2:2) Azərbaycan çempionu növbəti mərhələyə yüksəlib.

50 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Bu gün təkcə oyun yox, yaxşı mübarizə, “Qarabağ”a layiq, inamlı insanlar gördük. Meydanda güclü kollektiv var idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2931

Oxşar yazılar