"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsində "İnter"in hücumçusu Aleksis Sançesi penaltilər seriyasında təhqir edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Sançes penaltilər seriyasında topu qapıdan keçirə bilməyib. Bu zaman ehtiyat oyunçular skamyasının yanında olan Qrizmann istehza ilə “O, axmaqdır, çilili axmaqdır!”, deyə qışqırıb.
Xatırladaq ki, Sançes “İnter”in futbolçuları arasında penalti zərbəsini vurmayan ilk olub. Nəticədə penaltilər seriyasında “Atletiko” 3:2 hesabı ilə qalib gəlib.
Bununla da Madrid klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Turnirin 1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də, cümə günü UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil-qərargahında keçiriləcək.