“Qarabağ”ın iki futbolçusu MİLLİDƏ
30 avqust 2023 06:21 (UTC +04:00)

“Qarabağ”ın iki futbolçusu MİLLİDƏ

0

“Qarabağ”ın iki legioneri çıxış etdikləri ölkənin milli komandalarına dəvət alıblar.

Lent.az xəbər verir ki, söhbət Leandro Andrade və Marko Yankoviçdən gedir.

Monteneqro yığmasına dəvət alan Marko AVRO-2024-ün seçmə mərhələsində ölkəsinin şərəfini qoruya bilər. Monteneqrolular sentyabrın 7-də Litva, üç gün sonra isə Bolqarıstan komandası ilə üz-üzə gələcəklər.

Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. Onun şərəfini qoruduğu yığma sentyabrın 10-da Afrika Millətlər Kubokokunda Toqo ilə qarşılaşacaq.

Qeyd edək ki, Toqo yığması artıq turnirin növbəti mərhələsinə vəsiqəni təmin edib. Qrup mərhələsinin son matçında komanda Burkino-Faso ilə qrup birinciliyi uğrunda  yarışacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4846

Oxşar yazılar