“Qarabağ”ın Çempionlar Liqasındakı  rəqibi
20 iyun 2023 16:21 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi

0

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Qurban Qurbanovun yetirmələri bu mərhələdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçı səfərdə keçirəcək.

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12-də baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq.

Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin də püşkü atılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2195

Oxşar yazılar