“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırdı-YENİLƏNİB
24 fevral 2023 03:00 (UTC +04:00)

“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırdı-YENİLƏNİB

0

“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Lent.az xəbər verir ki, onaltıdabir finalda Belçikanın “Gent” klubu ilə qarşılaşan “Köhlən atlar” səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub. ilk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.

Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.
 

***

02.00

“Gent”-“Qarabağ” oyunun əsas vaxtı 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Lent.az xəbər verir ki, ilk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, əlavə vaxt oynanılır.
 

***

01.34

"Gent" - "Qarabağ" oyununda hesab açılıb.
Lent.az xəbər verir ki, 75-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Villiu Orban komandasını önə çıxarıb.
 

***

00.03

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçı start götürüb.

APA xəbər verir ki, “Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Julio Romao, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev çıxıblar.

“Gent"in heyətində isə Deyvi Rof, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Cordan Torunariqa, Sven Kums, Nurio Fortuna, Loran Depuatr, Bruno Qodo yer alıblar.

Gent şəhərindəki "Gelamko Arena"da keçirilən matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5416

Oxşar yazılar