"Qalatasaray"ın hücumçusu dünyanın ən bahalı avtomobilini aldı - FOTO
05 sentyabr 2023 20:01 (UTC +04:00)

"Qalatasaray"ın hücumçusu dünyanın ən bahalı avtomobilini aldı - FOTO

2

“Qalatasaray”ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, argentinalı futbolçu özünə hazırda cəmi üç nüsxədə istehsal olunan “Rolls-Royce” alıb. 

Bu avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir. İddialara görə, avtomobilin üç nüsxəsindən biri mirvari hasilatı ilə zəngin olan bir sənayeçiyə, digəri Jay-Z və Beyonseyə, üçüncüsü isə Mauro İkardiyə satılıb.

Xatırladaq ki, ötən mövsüm 30 yaşlı hücumçu Türkiyə Superliqasında 24 matçda iştirak edib. Bu oyunlarda 29 məhsuldar ötürmə, 22 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt-ın verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 19 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 12091

Oxşar yazılar