"Qalatasaray"ın futbolçuları  koronavirusa yoluxdu
04 yanvar 2022 11:39 (UTC +04:00)

"Qalatasaray"ın futbolçuları koronavirusa yoluxdu

0

“Qalatasaray”da yeni ildə ilk koronavirus testi keçirilib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi məşqçi korpusu, futbolçu heyəti, tibbi personalı, rəhbərlik və bazadakı işçilərin hamısının testinin nəticəsini açıqlayıb.

“Cim-bom” rəsmi saytı vasitəsilə iki nəfərdə testin pozitiv nəticələndiyini açıqlayıb. Bunlar əsas komandanın futbolçuları – qapıçı Fatih Öztürk və müdafiəçi Alparslan Öztürkdür. Hər iki oyunçu karantinə alınıb.

Qeyd edək ki, “Qalatasaray” Super Liqanın 20-cı turunda yanvarın 8-də “Giresunspor”la qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1730

Oxşar yazılar