“Qalatasaray”dan  ayrıldığını   AÇIQLADI
21 iyun 2023 17:00 (UTC +04:00)

“Qalatasaray”dan ayrıldığını AÇIQLADI

0

Müqaviləsi başa çatan Emre Taşdemirin "Qalatasaray"la yolları ayrılıb. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, sarı-qırmızılılarla vidalaşan Taşdemir, "Bu, böyük qürur idi, həmişə belə qalacaq" deyib.
Sosial media hesabından açıqlama verən Taşdemir bu ifadələrdən istifadə edib:

"Hörmətli “Qalatasaray” azarkeşləri...

Böyük bir sarı-qırmızılı ailənin üzvü olmaq böyük xoşbəxtlik idi və böyük “Qalatasaray” azarkeşləri qarşısında oynamaq mənim üçün böyük şərəf idi. Həmişə belə qalacaq. “Qalatasaray” formasını tər tökmək şərəfi ilə meydanda həmişə ən yaxşısı üçün çalışmışam. Uşaqlıq arzularımı yaşamaq təsvir olunmaz hiss idi.

Amma indi vidalaşma vaxtıdır... Mənə verdikləri və yaşatdıqları hər şeyə görə bütün məşqçilərimə, texniki heyətə, bütün komanda yoldaşlarıma, klubumuzun işçi heyətinə və “Qalatasaray”ın böyük tərəfdarlarına təşəkkür edirəm. Haqqınızı hala edin”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2148

Oxşar yazılar