“Qalatasaray”da Arda Turanla bağlı bir plan var.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, baş məşqçi Fatih Terim müqaviləsi mövsüm sonunda bitəcək Arda Turanı yeni mövsümdə texnik heyətinə daxil edəcək.
Beləliklə, 34 yaşlı futbolçu 2022-2023 mövsümündə “Qalatasaray”da baş məşqçi köməkçisi olacaq.
“Qalatasaray”da mövsümün əvvəlində 1 illik yeni müqavilə imzalayan Arda Turan mövsüm başlamazadan əvvəl Çempionlar Liqası və Avropa Liqası pley off oyunlarında forma geyib.
Türkiyə çempionatının ilk turunda sadəcə 7 dəqiqə meydanda olub. Ardından ayaq biləyindən zədələnən Arda Turan təxminən 2 aydır forma geyə bilmir.