"Spartak"ın hücumçusu Şamar Nikolson komandanı tərk edə bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə türkiyəli jurnalist Erdal Bozkurt məlumat verib.
Onun sözlərinə görə, futbolçunun xidmətində “Qalatasaray”ın baş məşqçisi Okan Buruk maraqlıdır. Bu günlərdə Türkiyə nəhəngi yamaykalının keçidi üçün rəsmi təklif hazırlayır.
Xatırladaq ki, 26 yaşlı Nikolson 2022-ci ilin yanvarından moskvalıların heyətində çıxış edir. Rusiya çempionatının son mövsümündə o, 22 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.