PSV-nin baş məşqçisi oldu
12 iyun 2023 16:05 (UTC +04:00)

PSV-nin baş məşqçisi oldu

0

PSV rəsmi olaraq Peter Bosu baş məşqçi təyin edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “qırmızı-ağların” mətbuat xidməti məlumat yayıb.

Mənbənin məlumatına görə, 59 yaşlı mütəxəssis Eyndhoven komandası ilə 3 illik müqavilə imzalayıb. Klubu əvvəllər bu ilin mayında məşqçi postunu tərk edən Ruud van Nistelroy idarə edirdi.

Əlavə edək ki, Bosun son iş yeri “Lion” olub. O, ötən ilin oktyabrında olimpiyaçıların baş məşqçisi vəzifəsindən qovulub. O, karyerasının əvvəlində Dortmund “Borussiya”sı, “Bayer” və “Ayaks”ı çalışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1819

Oxşar yazılar