PSJ-nin oyunçusu yüksək təkliflə ərəb klubuna gedir
30 avqust 2023 12:57 (UTC +04:00)

PSJ-nin oyunçusu yüksək təkliflə ərəb klubuna gedir

0

Qətərin “Əl-Ərəbi” klubu italyan yarımmüdafiəçi Marko Verrattinin transferi üçün Paris Sen-Jermen-ə yüksək məbləğ təklif edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, fransız klubu bundan imtina edə bilməyib.

Məlumata görə, Qətər klubu PSJ ilə prinsipial razılığa gəlib və Verrattinin transferi üçün 50 milyon avro ödəməyə hazırdır. Materialda həmçinin qeyd olunur ki, yarımmüdafiəçi Qətər klubuna mümkün keçidi düşünür. Ərəb klubu italiyalı yarımmüdafiəçiyə 2026-cı ilə qədər çox sərfəli müqavilə təklif edib.

Xatırladaq ki, daha əvvəl Verratti ilə Səudiyyə Ərəbistanı klublarından “Əl-Əhli” və “Əl-Hilal”ın maraqlandığı barədə xəbərlər yayılmışdı.

Verratti ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6349

Oxşar yazılar