PSJ-nin Neymar narahatlığı
14 mart 2022 06:49 (UTC +04:00)

PSJ-nin Neymar narahatlığı

0

PSJ braziliyalı hücumçusu Neymar üçün təkliflərə açıqdır.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, 30 yaşlı braziliyalıya sərfəli təklif gəlsə, parislilər onu saxlamayacaq.

Ancaq fransızlar Neymarın maliyyə tələbləri səbəbindən potensial namizədlərin geri çəkilməsindən narahatdır. Çempionlar Liqasındakı fiaskodan sonra rəhbərlik klubun inkişaf layihəsini yenidən formalaşdırmaq niyyətindədir. Bu baxımdan “sambaçı”nın gedişi istisna edilmir.

Qeyd edək ki, Neymarın PSJ ilə sözləşməsi 2025-ci ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1687

Oxşar yazılar