PSJ-nin futbolçusu Qətərin klubuna keçdi
14 sentyabr 2023 06:29 (UTC +04:00)

PSJ-nin futbolçusu Qətərin klubuna keçdi

0

PSJ-nin futbolçusu Marko Veratti karyerasını "Əl-Ərəbi"də davam etdirəcək.

Lent.az xəbər verir ki, bu barədə Qətər futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, otuz yaşlı italiyalı yarımmüdafiəçi 45 milyon avroya alınıb.

Qeyd edək ki, Verratti 2012-ci ilin iyulundan PSJ-də oynayıb, doqquz dəfə Fransa çempionu və altı dəfə ölkə kubokunun qalibi olub. İtaliya millisinin tərkibində o, 2021-ci ildə Avropa çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2168

Oxşar yazılar