PSJ-nin və Fransa millisinin hücumçusu Randal Kolo Mouani Paris komandasına keçidi ilə bağlı təəssüratlarını bölüşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, yeni transfer PSJ-ni çoxdan arzuladığını bildirib:
“Mən burada olmaqdan xoşbəxtəm və çox qürur duyuram. Gördüm ki, prezident mənim bura keçməyim üçün çox şey edib. PSJ uşaqlıqdan azarkeşi olduğum klubdur və Paris mənim böyüdüyüm şəhərdir. Ona görə də bura gəlmək üçün əlimdən gələni etmək istəyirdim. Mən də məşqçinin komandada gördüyü işləri görmək istəyirəm.
Bu klubun çoxlu kuboklar qazanmaq istədiyini bilirəm və düşünürəm ki, komanda yoldaşlarıma bu baxımdan kömək etməyə hazıram. Bu köynək üçün ölməyə hazıram!”.
Xatırladaq ki, daha əvvəl Paris klubu Frankfurt “Ayntraxt”ından hücumçu Kolo Muanini transfer etdiyini açıqlamışdı. Medianın məlumatına görə, sövdələşmə təxminən 75 milyon avro və bonuslar təşkil edib.
