PSJ-nin baş məşqçliyini ona da təklif etdilər
17 iyun 2023 20:02 (UTC +04:00)

PSJ-nin baş məşqçliyini ona da təklif etdilər

0

PSJ klubu idarə etmək üçün “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə əlaqə saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Arteta ilə PSJ-nin müşaviri Luis Kampuş arasında söhbət son həftələrdə baş verib. Lakin məlumata əsasən, ispaniyalının “Arsenal” ilə işləməyə davam etməkdə qərarlı olduğu üçün parislilərə rəhbərlik etməsi çətin görünür.

Bundan əlavə, Kampuşun fikri yeni baş məşqçi seçimində əsas olmaya bilər.

PSJ-yə ötən mövsüm Kristof Qaltye başçılıq edirdi. Onun rəhbərliyi altında parislilər Fransa Liqa 1 və Fransa Superkubokunu qazansalar da, “Bavariya”ya uduzaraq (0:1; 0:2) Çempionlar Liqasını tərk ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2082

Oxşar yazılar