PSJ Mbappeni satışa çıxardı
13 iyun 2023 02:15 (UTC +04:00)

PSJ Mbappeni satışa çıxardı

0

Fransanın PSJ futbol klubu hücumçusu Kilian Mbappeni satışa çıxarıb.

Lent.az xəbər verir ki, bu barədə “The Telegraph”ın jurnalisti Ceyson Bert “Twitter” səhifəsində yazıb.

Mənbənin məlumatına görə, bu, futbolçunun klubla müqaviləni yeniləməyəcəyini deməsindən sonra baş verib.

Xatırladaq ki, PSJ ilə Mbappe arasındakı müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.

Eyni zamanda, daha əvvəl futbolçunun artıq "Real Madrid"lə müqavilə imzaladığı bildirilirdi. Ancaq keçid baş tutmadı.

Fransanın cari çempionatında Mbappe 34 matçda iştirak edib, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1787

Oxşar yazılar